Bu ilin yanvar-iyul aylarında magistral neft kəmərləri ilə 22771,0 min ton neft nəql edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata  görə, nəqletmənin 75,4 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Cari lin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 17167,0 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,3 faizini və ya 13952,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7 faizini və ya 3214,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN