Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Belarusla ticarət dövriyyəsinin ümumi həcmi 28,8 faiz artaraq 248,2 milyon ABŞ dollarını üstələyib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilib.
Beləliklə, Azərbaycandan Belarusa ixrac 25,4 milyon dollar (+44,8 faiz), Belarusdan Azərbaycana idxal isə 222,8 milyon dollar (+27,2 faiz) olub.
Ümumi ticarət dövriyyəsindəki payı:
Cari ilin ilk 7 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belarusla ticarətin payı 0,9 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,3 faiz bəndi çoxdur.