Bakıda keçiriləcək COP29-la beynəlxalq ictimai dəstək üçün “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunun panel müzakirələri SOCAR-ın Bakı Ali Neft Məktəbində keçirildi.
TEZADLAR.AZ xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
Onun sözlərinə görə, 18 ölkədən gələn gənclərin iştirakı ilə keçirilən müzakirələrdə qlobal ətraf-mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında çıxışlar olub.
Qeyd edək ki, 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Azərbaycanda mühüm işlər həyata keçirilir: Mavi və Yaşıl zonalar yaradılır.
JASMİN