"...Xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlı baxımından da vacibdir".

***

2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq qeyri-neft ixracatında artım qeydə alınıb.

Bu müddətdə qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollar olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar olub.

Qeyd edək ki, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi.

TEZADLAR.AZ xəbər veriri ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı  qeyri-neft ixracatında artım baş verməsini belə izah edib:

"Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı aqrar məhsulların ixacatının çoxalması də təsir göstərib".

Vüqar Bayramov vurğulayıb ki, bütün bunlar ilə yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır.

Onun sözlərinə görə, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. "Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür: neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlı baxımından da vacibdir", - deyə qeyd edib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN