Bu ilin yanvar-sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8656 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 58,2 faiz üstələyir.
TEZADLAR.AZ Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına əsasən xəbər verir ki, cari ilin ilk 9 ayında aqrar sektorda fəaliyyət göstərən 3245 fiziki və hüquqi şəxsə 61,9 milyon manat məbləğində güzəştli kredit verilib.
2023-cü ilin yanvar-sentyabr aylarına nisbətdə güzəştli kredit alanların sayı 6,6 faiz, kredit məbləği isə 2,1 faiz artıb.
Verilən kreditlərin 48,1 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 12,8 milyon manatı isə mikrokreditlərdir.