Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, ölkə üzrə 405 604 hektar əkin sahəsi sığortalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən TEZADLAR.AZ-a verilən məlumata görə, ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri nar və fındıq bağları, qarğıdalı, çəltik, şəkər çuğunduru, buğda, arpa və pambıq sahələri olub.

Hesabat dövründə kənd təsərrüfatı əkinlərinin sığortası üzrə 10,8 milyon manatdan çox sığorta haqqı toplanıb və 457 milyon manat sığorta təminatı verilib.

Bununla yanaşı, bu dövrdə ölkə üzrə 2 380 baş iri və xırdabuynuzlu mal-qara sığorta edilib. Heyvanların sığortası üzrə 1,41 milyon manat sığorta haqqı toplanıb, 14 milyon manatdan artıq sığorta təminatı verilib.

Cari ildə bütün ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntılar və digər təbiət hadisələri aqrar sektora dəyən zərərin və sığorta ödənişlərinin artmasına səbəb olub. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Aqrar Sığorta Fondu tərəfindən fermer təsərrüfatlarına dəyən zərərə görə ümumilikdə 3,79 milyon manat sığorta ödənişi edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur. 2023-cü ilin ilk 9 ayı ərzində fermerlərə ümumilikdə 1,4 milyon manat ödəniş edilmişdi. Fermerlərə sığorta ödənişlərinin 2,9 milyon manatı bitkiçilik, 881 min manatı isə heyvandarlıq sığortası üzrə həyata keçirilib. Bu il əkin sahələrinə dəyən zərərlər üzrə fermerlərə sığorta ödənişləri 3,7 dəfə artıb. Heyvandarlıq təsərrüfatlarına dəyən zərərlərə görə aqrar sığorta ödənişlərində isə 40 faizdən çox artım müşahidə olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN