İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Tezadlar.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş növbəti belə görüş Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə sahənin mövcud vəziyyəti və inkişafı iqtiqamətində təkliflər səsləndirilib, iaşə sektoruna münasibətdə dövlət tərəfindən dəstək mexanizmləri və vergi tənzimləmələri, şikayətlərə baxılması müddətlərinin optimallaşdırılması barədə müzakirələr aparılıb, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

Dövlət – biznes əməkdaşlığının inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN