İndi departament digər media abunələri üçün federal xərclərin auditinə başlayıb.
***
ABŞ hakimiyyəti Amerikanın Politico, The New York Times və Associated Press xəbər agentliyinin maliyyəsini kəsir.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə İlon Maskın rəhbərlik etdiyi ABŞ-ın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.
Hər üç halda söhbət ABŞ hökumətinin müxtəlif departamentləri tərəfindən bu KİV-lərin xidmətlərinə bahalı abunə haqqının ödənilməsindən gedir.
İlon Maskın sözlərinə görə, İlon Maskın sözlərinə görə, Dövlət Departamenti Associated Press-ə ödəniş etməyi dayandırıb, Maliyyə Nazirliyi The New York Times qəzetinə abunə haqqı ödəməyi kəsib, Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) isı Politico-nun xidmətlərindən imtina edib.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, ABŞ hökuməti Politico-ya illik 8 milyon dollarlıq abunəni ləğv edəcək. O, Politico-nun Amerika vergi ödəyiciləri tərəfindən faktiki şəkildə subsidiya edildiyini və DOGE komandasının qəzetə ödənişləri ləğv etmək üçün artıq işə başladığını bəyan edib.
İndi departament digər media abunələri üçün federal xərclərin auditinə başlayıb. Bundan əvvəl o medianın dövlət vəsaiti hesabına maliyyələşdirilməsi praktikasına qarşı kəskin çıxış edib.
Xatırladaq ki, Donald Tramp İlon Maskı DOGE-nin rəhbəri təyin edib. ABŞ prezidenti bəyan edib ki, DOGE “kənardan məsləhət və təlimat verəcək”.
JASMİN