Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında

külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb.

DGK-dan TEZADLAR.AZ-a bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Scania” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsində müxtəlif adda 347 qutu və 211 flakon dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN