"Smart Customs" ilin mobil tətbiqi oldu

Dövlət Gömrük Komitəsi "NETTY-2021" Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb. Belə ki, 18 dekabrda NETTY-2021 Azərbaycanın Milli internet mükafatının 16-cı mükafatlandırma mərasimi baş tutub.

DGK -dan TEZADLAR.AZ-a bildirilib ki, NETTY akademikləri cari ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqramlar arasında ən yaxşılarını seçiblər. Bu il keçirilən müsabiqədə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi "Smart Customs" tətbiqi layihəsi ilə iştirak edib. 

Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib. "Dövlət və Cəmiyyət" nominasiyası üzrə Dövlət Gömrük Komitəsinin "Smart Customs" layihəsi "NETTY-2021" Azərbaycan Milli İnternet Mükafatında ilin mobil tətbiqi olub. 

Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən təkmilləşdirilmiş "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb.

 

Bu layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradıb.

 

Onu da qeyd edək ki, 2004-cü ildə təsis edilən, 2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN