Bank sektorunun inkişaf etməsi ilə bağlı meydanda kredit kartları dövr etməyə başladı. Bu gün bir çox müştərilər kredit kartlardan şikayətçidirlər. Ən çox sosial şəbəkələrdə rastlanan şaikayətlərdən biri də kredit kartlardan əlavə məbləğin çıxılmasıdır.

Bu səbəblə daha bir vətəndaş “Kapital Bank”a məxsus “Birkart” plastik kartı ilə bağlı problem yaşayıb.

Belə ki, onun “Birkart” vasitəsilə 30 manat xərclədiyinə baxmayaraq, ödəniş zamanı onun 44 manat vəsait çıxılıb. Müştərinin iddiasına görə, problemlə bağlı qaynar xəttə və Bank müştəri xidməti ilə əlaqə yaratsa da heç bir fayda olmayıb və onun pulu geri qaytarlmayıb.

Narazı müştəri sosial şəbəkə vasitəsilə kart istifadəçilərinə daha diqqətli olmağa çağırıb. Digər narazı müştəri isə Nazilə Xəlilova bildirib ki, sonuncu dəfə 225 manat dəyərində alış-veriş etməsinə baxmayaraq, bayram öncəsi onun kartından 237 manat məbləğ tutulub. Bu vəziyyət barədə bu müştəri də banka müraciət etsə də problem hələ də həll olunmamış qalır.

İddiaçılara görə, bu son zamanlar demək olar ki, bir çox banklarda texniki və ya digər səbəblərdən yaşanan mütəmadi haldır.

Yaranan problemlə bağlı Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov açıqlamasında bildirib ki, bu cür məsələlər fərdi qaydada araşdırılmalıdır: “Hazırda bu barədə ümumi bir fikir bildirmək düzgün olmaz. Çünki kreditin verilməsi, debit və taksit kartları haqqında məsələ bank tərəfindən fərdi baxılan bir məsələdir.

Əgər müştəri belə bir halla üzləşibsə, mütləq şəkildə fərdi olaraq ona yaxın olan bank filiallarına və ya 196 nömrəli məlumat mərkəzinə müraciət etməlidir. Söhbət yalnız kartın sahibindən gedir. Bu zaman kartın sahibinə məbləğin silindiyi platforma, ümumiyyətlə, əməliyyat barəsində bütün məlumatlar veriləcək. Ona görə bu məsələ haqqında bütün kredit kart sahiblərinə şamil edilib cavab verilə bilməz, bu fərdi baxılan bir vəziyyətdir. Əgər bu cür halla üzləşən müştəri varsa, buyurub bizim kanalla müraciət edib, məsələyə tam şəffaf şəkildə aydınlıq gətirə bilər”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN