Azərbaycan Xarici İşlər Nazirliyi açıq tender prosedurunun qalibi haqqında bildiriş yayıb
Tezadlar.az XİN-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi üçün müxtəlif kargüzarlıq blanklarının, xidməti vəsiqələrin və digər mətbəə məhsullarının satın alınmasına ilə əlaqədar 15 mart 2022-ci il tarixində dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş, "Tuna" QSC qalib elan edilmiş və həmin təşkilatla 16 may 2022-.ci ildə müvafiq satınalma müqaviləsi bağlanılmışdır.