booked.netbooked.net booked.net  

Dünən 17 may 2022-cİ il tarixdə «Hyatt Regency» mehmanxanasında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə

BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin İşçi Qrupunun ilk görüşü keçirildi. Tədbirlə adı çəkilən layihəyə start verildi. Görüşün açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çıxış ediblər.

«Təzadlar» qəzetinin əməkdaşı kimi mənim də dəvət olunduğu tədbirdə maraqlı müzakirələr oldu.

Hibrid formatda keçiriləcək tədbirdə müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlar, banklar, Azərbaycanın diaspor təşkilatları, ölkəmizdə yaşan miqrantların assosiasiyaları və digər qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak edirdi. Nümayəndələr pul köçürmələri üzrə qiymətləndirlmənin aparılması, bu prosesdə iştirak edən bütün aidiyyəti tərəflərin təhlili, innovativ rəqəmsal pul köçürmələri sisteminin yaradılması ilə bağlı yol xəritəsinin hazırlanması və belə bir tətbiq sisteminin sınaqdan keçirilməsi də daxil olmaqla layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumatlandırıldılar. Tədbir iştirakçıları, həmçinin miqrasiya və pul köçürmələri ilə əlaqədar məsələlər üzrə fikir mübadiləsi aparacaq və  layihənin məqsədlərinə çatmaq üçün tərəflər arasında əməkdaşlıq imkanlarını müzakirə etdilər.   

“Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsinin əsas məqsədi Azərbaycanlı miqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir. Müzakirələrdə mən də maraqlı təkliflə çıxış etdim və Rusiyadan onlayn formatda müzakirələrə qoşulan moderatora suallar verdim. Suallar tədbir iştirakçılarının marağına səbəb oldu və fasilədən sonra ən çox müzakirə edilən mövzuya çevrildi.

Qərara alındı ki, layihənin gələcəkdə müxtəlif istiqamətlər üzrə tətbiqinə dair təkliflər toplanılsın və növbəti konfransın müzakirəsinə verilsin.

Elçin Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN