26 rusiyalı uşaq Suriyanın şimal-şərqindəki düşərgələrin birindən Rusiyaya qayıdıb.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova öz Telegram kanalında məlumat verib.
"Bu gün Suriyanın şimal-şərqindəki düşərgələrin birindən olan bir qrup rusiyalı uşaq vətənə qaytarılıb. 5-12 yaşlı 14 oğlan və 12 qız yaxın vaxtlarda öz qohumları - baba, nənə, bibi, dayıları ilə görüşəcək. Bəziləri isə öz doğmaları ilə görüşəcəklər. Əvvəllər Rusiyaya gətirə bildiyimiz bacı-qardaşlara qovuşdu”, - deyə o yazıb.
E.ŞİRİNOV