2022-ci ilin yanvar-may aylarında ölkədə 50867,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5 faiz, qeyri neft-qaz sektorunda isə 11,0 faiz artmışdı.

ÜDM istehsalının 54,7 faizi sənaye, 7,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil etmişdi.

Əhalinin hər nəfərinə düşən ÜDM 5063,1 manata bərabər olub.

Qeyd edək ki, ötən ilin yanvar-may aylarında ölkəmizdə 31532,5 milyon manatlıq və ya əvvəlki ilin (2020-ci ilin) eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3150,6 manata bərabər olub.

Yuxarıda qeyd edildiyi kimi, bu il isə əhalinin hər nəfərinə düşən ÜDM 5063,1 manata bərabər olub.

Göründüyü kimi, ümumdaxili məhsulun artım tendensiyası  davam edir.

 

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN