Ötın gün Şirvan Şəhərində dəhşətli qətl hadisəsi baş verib...
Şəhər Prokurorluğu isə bu qətl hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan tezadlar.az-a verilən məlumata görə, dünən saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
XXX
Göründüyü kimi, adi məişət söz-söhbətində yaranmış mübahisə qanla nəticələnib. Niyə heç olmasa tərəflərdən biri soyuqqanlı hərəkət etməyib? Axı belə məqamlarda adi bir qızışdırıcı hərəkət kiminsı həyatı bahasına başa gəlir.
A.Məmmədli