Xarici ölkələri xoşbəxt həyat eşqi ilə seçənlərin bəzilərinin sonradan oturum almaq üçün Azərbaycan əleyhinə təbliğat apardığının da şahidiyik...
Lakin sonradan bu süni xəyalların Vətəndən kənarda ciddi problemlərlə dolub-daşdığının fərqində olanlar gec də olsa Vətənə dönməyə qərar verirlər... Beləliklə, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 31 may tarixində 25 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən "Təzadlar"a bildirilib. Əlumatda o da deyilir ki, ölkəyə geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Bildiyimiz kimi, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.
"Təzadlar"a daxil olan məlumatda o da bildirilir ki, adı çəkilən 25 Azərbaycan vətəndaşları arasında ölkəmizin və xüsusən də Azərbaycan prezidentinin siyasətini ən pis formada, daha dəqiq desək, erməni dəyirmanına su tökmə səviyyəsində pisləyənlər də var. Onların adları tezliklə ictimaiyyətə açıqlanacaq. Özünə saxta internetTV YARADIB KÜÇƏ SÖYÜŞÜ ÇƏRÇİVƏSİNƏ BELƏ SIĞMAYAN FORMADA YETƏNİ TƏHQİR EDƏNLƏRİN İÇ ÜZÜ İNDİ AÇILACAQ. Və bu cür hallara könül vermənin səbəbləri bəlli olacaq...
RAMİZ