2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 Bakı Apellyasiya Məhkəməsində keçirilən bugünkü iclasda qərar elan olunub. Qərara əsasən Rasim Məmmədovun həbs müddəti 3 ay azaldılıb (trend).

Qeyd edək ki, Rasim Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunub. O,  179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Dəymiş ziyan 185 milyon manat hesablanıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.

***

Xatırladaq ki, ötən il "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev jurnalist, Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. O, Ə.Zeynallının yuxarıda adı çəkilən  "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj etdiyini,  ailəsindən 20 min manat pul aldığını bildirib.

Həmçinin "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov da ötən ilin sentyabr ayında keçirilən məhkəməsində Əvəz Zeynallıdan şikayət edib:" Əvəz jurnalist deyil, cinayətkardır. Neçə illərdir mənə təzyiq edərək, pul tələb edir. İndi şükür Allaha gəlib oturub qonşuluqda ağlı başına gəlir. Əvəz dəfələrlə məni şantaj edir və ailəmə qarşı terror edirdi. 2005-2020-ci illərdə məni şantaj edib. İndi də davam edirdi".

Daha sonra Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Jurnalist Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Daha sonra isə ona əlavə olaraq Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, sonradan Əvəz Zeynallının həbs qətimkan müddəti uzadılıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN