Gürcüstan mətbuatı Kadırovun ətrafı ilə bağlı sensasion məlumat yayıb...

Bildirilir ki, Kadırovun ən yaxın çevrəsinin üzvü Aslambek Axmedxanovun bir müddət öncə Gürcüstanda hansı məqsədlə olması barədə "Mtavari Arxi" telekanalı gizli mənbələrdən məlumat aldığını bildirib. Mənbənim verdiyi məlumatda qeyd olunur ki, Əhmədxanovun Gürcüstana gəlişinin səbəbi “kriminal avtoritetlər”lə görüş olub. Məlumata əsasən, görüşdə azərbaycanlı “qanuni oğru” “Lənkəranski” kimi tanınan Rövşən Canıyevin və çeçen “qanuni oğru” Xəmzətin ətrafının üzvləri olub. Görüşün təfərrüatları məlum olmasa da, lakin məlumdur ki, tərəflər Tbilisinin mərkəzində, Ağmaşenebeli prospektində yerləşən “Nəsimi” restoranının ikinci mərtəbəsində görüşüblər. Sözügedən obyektin sahiblərinin isə çeçen olduğu bildirilir. Mənbənin məlumatına görə, Əhmədxanov çeçen “qanuni oğru” Həmzət Qastamirovun tərəfini təmsil edib. Bildirilir ki, azərbaycanlı “kriminal avtoritet” Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda öldürülüb. Onun ölümündən sonra bütün əmlakı isə çeçen “qanuni oğru” Şeyx Həmzətə keçib.

Belə bir məlumatı isə dünən Gürcüstanın baş naziri Qəribaşvili təkzib etmişdi. O, jurnalistlərə belə şaiyələrdən yazmamağı istəmişdi. 

Bununla belə, ölkə mediası sübut etməyə çalışır ki, bu hadisə baş verib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN