Ermənistanın dünən Laçında törətdiyi silahlı təxribatı ciddi düşünməyə əsas verir ki, bu ölkəyə sülh lazım deyil...
Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, "ABŞ şərti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır”, - deyən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə əlavə edib ki, " Biz bu vəziyyətdən narahat olmağa davam edirik. Və biz hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırırıq”. Mİller Amerika tərəfinin mövqeyini bir daha təkrarlayaraq bəyan edib ki, sülh sazişi hələ də əldə edilə bilər. Sitat: "Biz inanırıq ki, razılaşma hələ də əldə edilə bilər və irəli getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik”.
Əlavə edək ki, iyunun 15-i saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.
Düşmən bütün var gücü ilə 44 günlük Zəfər müharibəsində aldığı "mozqotryoseniye"dən hələ də özünə gəlməyib və xəcalətini belə kiçik təxribatlarla büruzə verməyə çalışır. Amma əbəs! Azərbaycan ordusu düşmənin bütün təxribatlarına "Dəmir yumruqla" cavab verməyə hazırdır...
A.Məmmədli