Bu ilin martında Almaniyadan İrana gedən və orada casusluq ittihamı ilə həbs olunan azərbaycanlı tələbə Fərid Səfərli ittihamları rədd edir.

Tezadlar.az Turan-a istinadla bildirir ki, Fəridin onun anası Dilarə Əsgərova belə deyib. Ananın sözlərindən belə məlum olur ki, bu günlərdə oğlu ilə telefonla danışa bilib. "Mənə dedi ki, yaxşıdır, ürək-dirək verdi. Qətiyyətlə dedi ki, heç bir günahı yoxdur və ittiham üçün heç bir əsas olmadığını qeyd etdi".

 Əsgərova qeyd edib ki, Azərbaycan dövləti oğlunun işi ilə ciddi məşğul olur. "Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Ola bilsin ki, artıq vəkil təyin olunub. Azərbaycanın İrandakı Konsulluğundan Fəridlə müntəzəm əlaqə saxlanılır. İnanıram ki, Fəridlə bağlı ədalətli qərar veriləcək". 
Xatırladaq ki, Almaniyada təhsil alan Fərid Səfərli fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı cəsusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib.

Təəssüflər olsun, İran hökuməti hələ də bu məsələyə aydın və ciddi bir açıqlama vermir. İttiham elan edilibsəş, bunun maddi prosessual əsasları olmalıdır, əksinədirsə, bu gənc orada niyə saxlanılır bəs?

Azərbaycan XİN İrana bu barədə sorğu göndərsə də, bildiyimiz qədər, sorğu qaydalara və diplomatik etikaya uyğun cavablandırılmayıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN