“Təhsil sektoru ən korrupsiyalaşmış sahələrdən biri olaraq qalır”
Korrupsiyaya Qarşı Mübarizə Xidməti təhsil sistemində korrupsiya risklərinin kənar təhlilini aparıb.
Bu barədə Qazaxıstan Respublikası KQMX-nin mətbuat xidməti xəbər yayıb
KQMX bəyan edib ki, görülən sosial dəstək tədbirlərinə baxmayaraq, təhsil sektoru ən korrupsiyalaşmış sahələrdən biri olaraq qalır. Belə ki, 2020-ci ildən bu sahədə cinayət işi üzrə 143 nəfər məhkum olunub. Dövlətə dəymiş ziyan təqribən 11 milyard tenge təşkil edib ki, bunun da 5,2 milyard təngəsi ödənilib.
Təkcə Jetısu vilayətində şəhər təhsil şöbəsinin əməkdaşları 2,5 il ərzində 4,4 milyard tenge oğurlayıblar. Cinayətkar qruplaşmaya bir rəhbərlik və iki təhsil mühasibi, həmçinin 13 məktəb mühasibi daxildir.
Oxşar cinayət sxemləri bütün ölkədə aşkarlanıb. Ən böyük oğurluqlar Almatı, Çimkent, Qızılorda, Aktobe və Almatı vilayətlərinin şəhərlərindədir.
Büdcə pullarının oğurlanması isə bu yollarla həyata keçirilib- işçiyə tutduğu vəzifədən xeyli yüksək əmək haqqı verilərək, məktəbdə çalışmayan şəxslərə maaşlar köçürülürək, işçinin kart hesabları üzrə əmək haqqını hesablamaqla, ödənişlərdə başqa şəxsin adını göstərməklə, eyni şəxsə bir neçə dəfə pul köçürmələrinin təkrarlanması ilə, həmçinin “ölü canlara” – qohumlara və dostlara pul köçürlərək.
***
Göründüyü kimi, hər yerdə büdcə pullarını talama sxemi eyni üsullarla, eyni yollarla həyata keçirilir. Fırıldaqçıların üsulları dəyişməz olaraq qalır... Bunları aşkarlamağa isə bir qədər səy göstərmək lazımdır.
JASMİN