Rusiyanın özəl hərbi şirkəti “Vaqner” muzdluların işə götürülməsini müvəqqəti olaraq dayandırıb...
Tezadlar.az "Vaqner"itlərin Teleqram kanallarına istinadla bildirir ki, belə bir qərar şirkətin Belarus ərazisinə köçürülməsi və onların Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirakının müvəqqəti dayandırması ilə əlaqədar verilib.Sitat: ""Vaqner" Özəl Hərbi Şirkətinin xüsusi hərbi əməliyyatlarda iştirakının müvəqqəti dayandırılması və Belarus Respublikasına köçürülməsi ilə əlaqədar olaraq, biz regional “Vaqner” muzdlu əsgər toplama mərkəzlərinin işini 1 ay müddətinə dayandırırıq”.
Xatırladaq ki, özəl hərbi şirkətin rəhbəri Priqojin qoşunlarını geri çəkdikdən sonra Kreml hökuməti onun Belarusa təhlükəsiz geri çəkilməsini təmin edəcəyinə söz vermişdi. Hətta Prezident Vladimir Putin Rusiya xalqına müraciətində "Vaqner" muzdlularını rus vətənpərvərləri adlandırmışdı... Putin əlavə etmişdi ki, bu “döyüşçülər” Belarusa köçmək və ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq barədə də düşünə bilərlər. Bununla belə, Suriyada "Vaqner" qruplaşmasının bir neçə zabitinin saxlanması barədə xəbərlər yayılıb. Həmçinin sonra Yevgeni Priqojinə məxsus “Patriot” media holdinqinin dağıdılması ilə bağlı xəbər yayılıb.
İndi hamı bir suala cavab axtarır: Priqojinin gələcək taleyi necə olacaq? O, nə vaxtadək Belorus ərazisində qalacaq?
A.Məmmədli