Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş yüksək vəzifəli əməkdaşı İ.Axıyev bir nəfər qadının şəxsi həyatını əks etdirən görüntülərini gizli şəkildə çəkərək, ondan mülk və maddi vəsait tələb etməkdə ittiham edilir.

Tezadlar.az Gürcüstan Baş Prokurorluğuna istinadla bildirir ki,  bu barədə "Tv Pirveli" telekanalının hazırladığı süjetdə bildirilir. Məlumata əsasən, DTX-nın yüksək rütbəli nümayəndəsi İ.Axıyev Rusiyada biznesi olan Gürcüstan vətəndaşı qadına daşınmaz əmlak almağa kömək edib və həmin zaman, daşınmaz əmlak agenti ilə birlikdə cinayət əməlinə girişib. Sözügedən qadına Marneulidə yerləşən "Marneuli Plaza" yaşayış kompleksində evlər alınıb. Daha sonra, qadınla əlaqəyə girən İ.Axıyev onu Poniçalada yerləşən mehmanxanaya aparıb. İddiaya əsasən, hər şey əvvəlcədən təşkil edilib və mehmanxananın nömrəsinə gizli kameralar yerləşdirilib. Daha sonra isə qadının görüntülərini çəkən şəxslər, zərərçəkəndən mülkiyyətində olan evi tələb ediblər. Əks təqdirdə isə qadını görüntülərini yaymaq və öldürməklə təhdid ediblər.
 DTX-nın keçmiş yüksək vəzifəli məmuru və onun şəriki notariusda etibarnamə imzaladıqdan sonra, qadının evini mənimsəyiblər. Bundan başqa, onlar qadından iki dəfə əlavə pul da tələb ediblər.  Məsələ üzə çıxdıqdan sonra isə ittiham edilən şəxslər barədə cinayət işi açılıb və onlar hazırda təcridxanadadırlar.
Necə deyərlər, özgəyə quyu qazan özü düşər. Sabiq DTX əməkdaşı qadını şantaj etməklə irəli düşmək istədi, amma özü içəri düşdü... İndi onun günahının nədən ibarət olması barədə düşünməyə xeyli vaxtı olacaq...

Ramiz ƏHMƏDOĞLU

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN