"Bir gün Təranə Vəlizadə bahalı və keçmişdən qalan qızıllarını yığıb kiçik kisəyə və çantasına qoyub verilişə gəlib.

 Çantasındakı qızıllardan xəbərsiz idim, götürüb kulisə qoyduq. Bilsəydim orada qızıl var, yanımda saxlayardım. Bir də gördüm ki, qışqırıq səsləri gəlir".

 

Tezadlar.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O bildirib ki, proqramına gələn bir qadının Əməkdar artist Təranə Vəlizadənin qızıllarını oğurladığını açıqlayıb:

"Prodüserimiz gəldi bizə xəbər verdi ki, Təranə xanımın qızılları çanta qarışıq yoxa çıxıb. Siz oğrunun peşəkarlığına baxın. Studiyada isə hər yerdə kamera var. Onun qızıllarını oğurlayan qadın verilişimizə ailə qurmağa gəlmişdi. Təranə xanım isə verilişdə ekspert qismində iştirak edirdi.

O qadın studiyada olan nəzarət kameralarına diqqətlə baxıb görüb ki, onlar düz üstünə tuşlanıb. Nəzarət kameralarının çəkdiyi görüntülərə bir neçə dəfə baxsam da, qadının qızılların olduğu çantanı necə götürdüyünü tapa bilmədim. Sonra yenidən həmin görüntülərə kadr-kadr baxdım. Gördüm ki, qadın görür nəzarət kamerasının önündən kimsə keçir və həmin an o, çantanı götürüb gizlədir. Bu, bir saniyənin içində olan hadisə idi.

Diqqətlə baxandan sonra gördüm ki, Təranə xanımın çantası onun qucağındadır. Baş verən hadisəyə görə öz adımdan Təranə xanımdan bir neçə dəfə üzr istədim.

Məsələ ilə bağlı polisə getdim. Həmin qadının evinin ünvanını polisdən öyrənib ora yollandım. Təranə xanım isə həmin an öz evində idi. Ona söylədim ki, oturub nəticəni gözləyin. Həmin an qadın yemək yeyirdi. Məni görüb şoka düşdü. Dedim ki, oğurladığın qızılları gətir. Təranə xanımın bir neçə üzüyünü satmışdı. O pula isə çolpa alıb yemək bişirmişdi".

 

axşam.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN