Volqoqrad sakini avtomobillərə atəş açıb və həbs zamanı o, hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etməyə, onları hədələməyə başlayıb. Hadisə iyulun 28-i axşam saatlarında baş verib.

Tezadlar.az xəbər verir ki, saxlanma anının görüntüləri Daxili İşlər Nazirliyinin rayon şöbəsində paylaşılıb.

İdarədən verilən məlumata görə, sərxoşluq əlamətləri olan 40 yaşlı “Audi Q8” sürücüsü Jukov prospektində 105a evinin yaxınlığında “Skoda Fabia” markalı avtomobilə atəş açıb, daha sonra qaçmağa cəhd edib. O, şəhərin Mərkəzi rayonunda saxlanılıb.

"Həbs zamanı həmin şəxs polis əməkdaşlarını hədələyib və təhqir edib. Cinayətkardan "Qlok" markalı travmatik tapança götürülüb", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına tabe olmadığına görə dava edən şəxsə 5 sutka həbs verilib. Həmçinin, onun barəsində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi və nəzərdə tutulmayan yerlərdə atəş açdığı üçün protokollar tərtib edilib.

Polisi təhqir etmək məsələsi ilə istintaq orqanları məşğul olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN