Avqustun 6-da saat 5 radələrində Xətai rayonu, Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.