DXR Ali Məhkəməsi “Azov” qruplaşmasının yaraqlısı (terror təşkilatı kimi tanınan və Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş) Andrey Boqdanı hərbi əsir öldürdüyünə görə 25 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə TASS-a vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

İstintaqın məlumatına görə, 2022-ci ilin martında Mariupolda “Azov”, o cümlədən 24 yaşlı Boqdan bir mülki və iki DXR hərbçisinin olduğu avtomobili saxlayıb. Hərbçilər saxlanılıb, sonra Kalaşnikov avtomatından atəşə tutulub.

Boqdan mütəşəkkil dəstə tərəfindən siyasi və ideoloji nifrət zəminində törədilmiş qətldə, habelə hərbi əsirlərlə kobud rəftarda təqsirli bilinib.

Nəticədə, məhkəmə onu ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib.

Bundan əvvəl daha bir “Azov” döyüşçüsü Nikolay Kuşç DXR-də yaralı hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN