Tərtərdə itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.
Belə ki, Atayev Vidadi Samir oğlunun meyiti Mamırlı kəndində, qonşularının həyətində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır (trend).
***
Ötən gün Tərtərdə 16 yaşlı oğlan itkin düşüb.
DİN-in Mətbuat Xidmətindən TEZADLARA.AZ-a verilən məlumata gõrə, Tərtər rayonu Mamırlı kənd sakini, 2007-ci il təvəllüdlü Atayev Vidadi Samir oğlu 15 avqust tarixində evdən çıxıb və geri qayıtmayıb. Onun itkin düşməsi barədə 16 avqustda Tərtər Rayon Polis şöbəsinə məlumat verilib.
Qeyd edilən məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.