«Təzadlar»a Ucar rayonunun Lək kənd sakini Qənbərov Ramazan Davud oğlu tərəfindən daxil olan şikayəti oxuyanda həm təəccübləndik, həm də gülməyimiz tutdu…

Necə ola bilər ki, o boyda MMC rəhbəri işçini işlədib sonda aldadaraq pulunu vermək istəmir…

Aşağıda adı çəkilən şikayəti ixtisarla təqdim edirik:
«Hörmətli «Təzadlar»! Bildirmək istəyirəm ki, mən 07.02.2023-cü il tarixdə “Qaya Nəqliyyat” MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmişəm. İritonaşlı yük maşını idarə etmişəm. Verilən tapşırıları vaxtlı-vaxtında yerinə yetirmişəm. Ancaq “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyev işçilərin əməyini istismar edir, onlara verilən aylıq əmək haqqını müxtəlif bəhanələrlə kəsir, hüquqlarımızı pozur. Buna görə də şirkətdə tez-tez işçilər dəyişir… Mən isə yük avtomobili ilə Azərbaycanın bütün bölgələrinə yük daşımışam. Baş vermiş avtomobil qəzası nəticəsində mənim idarə etdiyim maşın əzilib. Qəzaya səbəb qarşı tərəf olduğundan sığorta ödənildi. “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyev isə bunu bəhanə edərək məni avqust ayının əvvəli qanunsuz olaraq işdən çıxartdı. Ancaq işlədiyim son ayın əmək haqqı  olan 1260 manatı mənə ödəmək istəmir. Hansı ki, mən dəfələrlə ona zəng edib pulumu ödəməsini xahiş etmişəm. Hər dəfə mənimlə kobud danışıb hədələyir. “Qaya Nəqliyyat” MMC-də avtomobillərə yanacağı idarədə özləri vuranda kəsirlər, sürücüləri müxtəlif bəhanələrlə cərimə edib maaşlarından kəsirlər.

Onu da deyim ki, “Qaya Nəqliyyat” MMC-də işçilərin hüquqları kobud şəkildə pozulur deyə,  orada işçilər çox işləmirlər, ya özləri işdən çıxır,  ya da rəhbərlik müxtəlif bəhanələrlə işdən çıxarıb əmək haqqını kəsirlər. Mən bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət də etmişəm.

Mətbuat vasitəsi ilə cənab Baş Prokuror Kamran Əliyevdən və Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyevdən xahiş edirəm, işçilərin hüquqlarını pozan, mənim 1260 manat əmək haqqımı verməyən “Qaya Nəqliyyat” MMC-nin rəhbəri Şöhrət Tağıyevin barəsində qanunu tədbirlər görülsün…».

REDAKSİYADAN: inanırıq ki, şikayətdə qeyd edilən problem tezliklə aradan qaldırılacaq.

qaya-1

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN