Gürcüstanın Baş Prokurorluğu Marneulidən olan 14 yaşlı qızın anasına evliliyə məcbur etməklə bağlı ittiham irəli sürüb.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata əsasən, Daxili İşlər Nazirliyinin apardığı istintaq zamanı müəyyən olunub ki, Marneuli bələdiyyəsində təqsirləndirilən şəxs (qızın anası) 14 yaşlı qızına ailə tərəfindən seçilmiş şəxslə evlənməsi barədə təzyiqlər edib. Nəticədə zərərçəkmiş bu təzyiqlərdən yaxa qurtarmaq üçün evdən qaçıb. Polis artıq yeniyetmənin anasını həbs edib. Məhkəmənin qərarı əsasında hüquq müdafiəçiləri oktyabrın 31-də təqsirləndirilən şəxsi həbs ediblər. O, Cinayət Məcəlləsinin 11-150-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi (yetkinlik yaşına çatmayan ailə üzvünü nikaha məcbur etmə) ilə ittiham olunur.

 Bildirilir ki, Prokurorluq 14 yaşlı qızın anası barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

Təəssüflər olsun, Azərbaycanda da azyaşlı qızların ərə verilməsi hallarına rast gəlinir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN