Fransız yazıçı Frederik Beiqbeder ona qarşı irəli sürülən zorlama ittihamlarını şərh edərkən həbsxana yeməklərinin keyfiyyəti ilə bağlı zarafat edib.

Bu barədə BFM TV yaydığı press-relizə istinadən xəbər verir.

Dekabrın 12-də Beiqbeder (“Məhəbbət üç il yaşayır” və “99 frank” bestsellerlərinin müəllifi) Fransanın cənub-qərbindəki Pau şəhərində saxlanılıb. Yazıçı əvvəlcə zorlama işi üzrə ibtidai istintaq çərçivəsində dindirilməyə çağırılıb, sonra bir neçə saat saxlanılıb və sonda sərbəst buraxılıb.

Fransa mətbuatının məlumatına görə, 23 iyul 2022-ci ildə gənc qadın yazıçıya qarşı zorlama şikayəti verib. O, iddia edir ki, həmin gecə 58 yaşlı Beiqbeder ilə ilk razılıq əsasında cinsi əlaqədə olub, sonra ikinci dəfə razılıq olmadan. Hadisələr otel otağında baş verib.

Bu işə yaxın olan “France Info” mənbəsinin bildirdiyinə görə, qadınla Beiqbeder bir neçə ay münasibət saxlayıblar və onların münasibətləri şikayətçinin azyaşlı olduğu vaxt başlayıb – onun 17 yaşı var.

Polisin sorğusu zamanı Beiqbeder ittihamları rədd edib. O, daha sonra mətbuata açıqlamasında həbslə bağlı şərh verib.

“Toyuq bozbaşı quru idi və mən polisdə olduğum müddətdə avtomobilim həbs edildi. Bu polis bölməsində mütləq parkinq yoxdur”, - o deyib.

Eyni zamanda, Beiqbeder polis məmurlarına "onu öz binalarında qəbul etdikləri üçün" təşəkkür edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN