Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 42,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42 kiloqrama yaxın marixuana, 400 qrama yaxın heroin, 290 qramdan çox metamfetamin və 3034 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.