Cinayət törətməmək ən doğru yoldur...
Amma cinayət törətdinsə, gizlənmək də son çıxış yolu deyil... Belə ki, Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan vətəndaşları Əliyev Xalid Əliağa oğlu, Əliyev Raul Firudin oğlunun Rusiyadan, Rəhimov Anar İlqar oğlunun isə Gürcüstandan ekstradisiyası haqqında Azərbaycan Baş Prokurorluğun vəsatətləri təmin edilib.
Tezadlar.az xatırladır ki, bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb. Baş Prokurorluqdan "Təzadlar"a bildirilib ki, Xalid Əliyev və Anar Rəhimov xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyev isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib. Yanvarın 24-də qeyd olunan şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
İndi onların törətdikləri cinayət əməllərinə görə məsuliyyəti müəyyən ediləcək.