booked.netbooked.net booked.net  

İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər saxlanılıblar.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1110 manat çıxararaq nağdlaşdırıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nəzərov Taleh saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.
Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Səmədli Emin, qardaşı Elvin və tanışları Anar Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN