Sosial şəbəkələrdə qeyri-mədəni görüntüləri yayılan Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edildi.

R.Göyüşovun məlum hərəkəti YAP rəhbərliyində haqlı olaraq qəzəblə qarşılanıb. Çünki belə hərəkət artıq ikincidir və bundan əvvəl isə Xətai təşkilatının sədri eyni epizodun qurbanı olmuşdu. Artıq bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılır. İdarə Heyətinin üzvləri hazırfda məsələ ətrafında çıxış edirlər. R.Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə bu il iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilib. Qeyd edək ki, sosial şəbəkələrdə Ramiz Göyüşovun qeyri-əxlaqi videogörüntüləri yayılıb.

İnanaq ki, bu sərt qərar digərlərinə də dərs olacaq.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN