booked.netbooked.net booked.net  

Keçmiş el adətlərindən biri də qız qaçırmadır... Hətta "Qafqaz əsiri" və digər əsərlərdə də bu barədə bəhs edilib... Lakin indiki qanunvericilik bunu nəinki inkar edir, hətta bunu cinayət əməli hesab edir.
***
Belə bir hadisə bu gün Bərdədə baş verib... Daxili İşlər Nazirliyinin idarə rəisi Elşad Hacıyev özünün sosial media hesabında elə bu barədə yazıb. Sitat: "Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur. Kimsə nikaha məcbur edilə bilməz. Qadağandır, məsuliyyət yaradır. Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb. Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb...".
Təbii ki, qızı qaçıran indi həbsdə əməlinin məsuliyyətini düşünməli olacaq...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN