Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış daha bir xüsusi araşdırma nəticəsində həbs edilən şəxsin mühakiməsi başlayır.
TEZADLAR.AZ xəbər verir ki, trend-in əldə etdiyi məlumata görə, həmin şəxs Azərbaycan vətəndaşı Svetliçnıy İvan Nikolayeviçdir.
Qeyd edək ki, Nilolayeviçə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.