Leninqrad vilayətində ziyafət zamanı 35 yaşlı kişi partnyorunu qarnından bıçaqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
“Əvvəlki gecə Leninqrad vilayətinin Kiselnya kəndində 35 yaşlı kişi ziyafət zamanı partnyoru ilə mübahisə edib, münaqişə zamanı qadının qarnına bıçaq xəsarəti yetirib”, – həmsöhbət deyib.
Mənbənin sözlərinə görə, zərərçəkmiş bıçaq xəsarəti ilə ağır vəziyyətdə rayon xəstəxanasına yerləşdirilib.
Hücum edən şəxs yerindəcə saxlanılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 3-cü hissəsinin “A” bəndi (“Qəsdən sağlamlığa ağır zərər vurma”) ilə cinayət işi başlanıb. Cinayətkarı on ilədək həbs cəzası gözləyə bilər.
Qeyd olunur ki, həmin şəxs dəfələrlə quldurluq və oğurluqda təqsirli bilinib, həmçinin qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.
E.ŞİRİNOV