booked.netbooked.net booked.net  

Gürcüstanın daxili işlər nazirinin müavini Mixeil Dalaxveridze, 16 mayda Dmanisidə baş verən qarşıdurmalardan danışıb.

Nazir müavini bu barədə parlamentin insan hüquqlarının müdafiəsi üzrə komitənin iclasında çıxışı edib Dalaxveridze bildirib ki, polis və digər qruplar belə insidentlərin təkrarlanmaması üçün əlindən gələni etməlidir: "Dmanisi insidenti ilə bağlı deyə bilərəm ki, hamımız bu hadisələri sanki bıçağın ucunda yaşadıq. Xoşbəxtlikdən insident hər hansı bir ölüm halı və ya kiminsə sağlamlığına ağır zərbə vurulmadan sona çatdı. Onu da qeyd edim ki, təkcə polis tərəfindən deyil, müxtəlif idarələr tərəfindən də bu cür halların təkrarlanmaması üçün işlər görülməlidir. Məişət zəmnində başlayan bir qarşıdurmanın necə geniş münaqişəyə çevirilə biləcəyini hamımız yaxşı gördük", - deyə nazir müavini bildirib.

 Xatırladaq ki, 16 may tarixində Dmanisidə Azərbaycanlıların çalışdığı mağazaya hücum nəticəsində başlayan münaqişə səhəri gün irimiqyaslı qarşıdurmaya çevrilimişdir. Daha sonra, isə hökumət və din nümayəndələrinin iştirakı ilə tərəflər arasında barışıq əldə edilmişdir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN