Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan beş nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin  məlumatına görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon sakinləri Yusif Əmiraslanov və Tehran Musayev Hacıqabul rayonu ərazisində saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı 50 qramdan artıq narkotik maddə olan heroin aşkar edilib. Dindirilmə zamanı hər iki şəxs narkotik maddəni Bakı şəhərində Rəşad adlı şəxsdən 400 manata aldıqlarını bildiriblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Rəşad Tanrıverdiyev şəhər ərazisində saxlanılıb və istintaqa cəlb edilib. Saxlanılan zaman isə ondan altı büküm heroin və iki büküm metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxs izahatında Y.Əmiraslanova və T.Musayevə narkotik maddə satdığını etiraf edib.
Hacıqabul RPŞ-in və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sonuncunun narkotik vasitələrin əldə etdiyi mənbəyin müəyyən edilməsi istiqamətində davam etdirilən tədbirlər nəticəsində isə onu bu maddələrlə təmin edən Bakı şəhər sakinləri Ceyhun Zeynalov və Fazil Mirələmov saxlanılıblar. Həmin şəxslər ümumi çəkisi 110 qramdan artıq olan metamfetamin, heroin və marixuana, 42 ədəd preqabalin həbləri, eləcə də satış zamanı narkotik vasitələrin pulunun ödənilməsi üçün bir ədəd plastik kart aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN