Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Təzadlar"ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
***
Bu da ovun "bəhrəsi". Quş vurmaq əvəzinə dostunu ovlayıb-güllələdi...
A.Məmmədli