"Gömrük işi" ilə bağlı məhkəmədə aləm qarışdı, prokuror çıxışdan imtina etdi...

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış üçün dövlət ittihamçısına söz verilib.

Trend-in  xəbərinə görə ki, prokuror çıxışdan imtina edərək məhkəmə istintaqının yenilənməsini tələb edib.
Dövlət ittihamçısı bildirib ki, Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə yeni əsasnamə daxil olub. Həmin əsasnamə ilə cinayət işinin içində olan əsasnamə arasında ziddiyyətlər var.

Həmin ziddiyətləri nəzərə alaraq istintaq yekunlaşa bilməz.

Bundan sonra məhkəmədə qalmaqal yaranıb. Vəkillər Ceyhun Yusifov, Aqil Layıc, Hikmət Əliyev, Elnur Vəliyev və digərləri vəsatətə etiraz ediblər.

Vəkil Ceyhun Yusifov dövlət ittihamçısının qaldırdığı vəsatətin təqsirləndirilən şəxslərin hüquqlarını pozulması kimi qiymətləndirib.

"Belə çıxır ki, ittihamçı özü-özündən şübhələnir. Bu insanlar yazıqdırlar, 6 aydan çoxdur məhkəmə istintaqı gedir, amma prokuror iş başa çatanda vəsatət verir. Vəsatət tam əsassızdır və təmin edilməsi hüquqaziddir", - deyə vəkil bildirib.

Vəkil Aqil Layıc deyib ki, məhkəməyə təqdim olunan əsasnamə Dövlət Gömrük Komitəsi tərəfindən müşayiət məktubu ilə təqdim olunub: "Həmçinin, komitə nümayəndəsi prokuror tərəfindən təqdim olunan əsasnaməni ilk dəfə gördüyünü deyir. İttihamçı tərəfindən təqdim olunan əsasnamənin mötəbərliyi şübhə doğurur və nəticədə bu məsələyə məhkəmə müşavirə otağında qiymət verəcək. Buna görə də istintaqın təzələnməsinə etiraz edirəm".

Prosesdə təqsirləndirilən şəxslər də prokurora etiraz edib və məhkəmədə qalmaqal yaranıb.

Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi də prokuror tərəfindən təqdim olunan əsasnaməni ilk dəfə gördüyünü deyib.

Məhkəmə son qərar olaraq Bakı Baş Dövlət Gömrük İdarəsinin əməkdaşından sözügedən əsasnamənin doğru, ya yalan olması ilə bağlı yazılı müraciət gətirməyi göstəriş verərək prosesin təxirə salındığını elan edib.

Proses martın 7-nə kimi təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Sadiq İsgəndərov, Azər Baxşyev, Ceyhun Şabanov, Mirağa Ağayev, Emin Xəlilov və Elmar Mirzəyev
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar.

Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN