İmişlidə tanışını bıçaqlamaqda təqsirləndirilən Nurlan Sadıqovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Səfərlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında rayonun Xubyarlı kəndində qeydə alınıb. Belə ki, İmişli şəhər sakini, N.Sadıqov Xubyarlı kənd sakini, 1979-cu il təvəllüdlü Cabbar Əhmədovu münaqişə zəminində bıçaqlayıb. Sonuncu Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib.

N.Sadıqov saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN