Tərtərdə qohumunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Aqil Süleymanovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında qeydə alınıb. Belə ki, Tərtər sakini, 1998-ci il təvəllüdlü Tural Mustafayev şəxsi münasibətlər zəminində qohumu, 1990-cı il təvəllüdlü A.Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
A.Süleymanov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
E.ŞİRİNOV