FSB cəbhədəki uğursuzluqlar fonunda "LXR-nin daxili işlər naziri"ni həbs etdi
FSB əməkdaşları “LXR”-nIn daxili işlər naziri, general-mayor 1973-cü il təvəllüdlü Kornet İqor Aleksandroviçi həbs ediblər. İndi o, FSB-nin Rostov-Dondakı istintaq təcridxanasında saxlanılır.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilir ki, cəbhədəki uğursuzluqlar fonunda Moskva "LXR" liderlərinin təmizlənməsinə başlayıb.
"LXR” daxili işlər nazirinin həbsi "respublika"nın hüquq-mühafizə orqanlarının və "respublika"nın siyasi rəhbərliyinin mənfi reaksiyasına səbəb olub. Bununla belə, “LXR” rəhbəri Leonid Paseçnik tərəfindən Kornetin həbsdən azad edilməsi və yenidən vəzifəsinə bərpası üçün hər cür səy göstərilir”, - kəşfiyyat xidməti qeyd edir.
Ukrayna mətbuatının məlumatına görə, Rusiya qoşunlarının mayın 9-dək Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, həmçinin Krıma gedən “quru dəhlizi”ni saxlamaq istədiyi bildirilir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevral ayında qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası"nın (LXR) müstəqilliklərini tanıdı və fevralın 24-dən isə Rusiya Silahlı Qüvvələri Ukraynada “xüsusi hərbi əməliyyat”lara start verib.
Bu gün Ukraynada başladılan müharibənin 56-cı günüdür. Ukrayna xalqı bu dəhşətli müharibədə minlərlə insan itirdi, şəhərlər, kəndlər yerləbir edildi, 5 milyonadək insan köçkün düşdü, ölkəyə milyardlarla dollar ziyan dəydi. Hazırda Ukraynanın bərəkətli torpaqlarının 30 fazizdən çox hissəsi müharibə səbəbindən əkilə bilmir. Dünyada ərzaq qıtlığı yaranıb və bir çox ölkələr aclıq təhlükəsi ilə üz-üzədir. Tərəflərin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, hələ də atəşkəsə - sülhə nail olmaq mümkün olmayıb. Və müharibənin davam etdiyi hər gün, həm dünya iqtisadiyyatına təsir edir, həm də Ukraynada itkilərə - zərərə səbəb olur.
JASMİN