Onun barəsində digər məlumatlar açıqlanmayıb...

Qazaxıstanın Pavlodar vilayəti üzrə Korrupsiyaya Qarşı Mübarizə Xidməti Pavlodar vilayətinin polis şöbəsinin sabiq rəisi, polis general-mayoru N.M.Məsimov barəsində ibtidai istintaqa başlayıb.

Bu barədə Qazaxıstan KİV-i Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

O, xüsusilə külli miqdarda rüşvət almaqda (Qazaxıstan Cinayət Məcəlləsinin 366-cı maddəsinin 4-cü hissəsi ilə) şübhəli bilinir. Əslində, onun əməlləri qiyabi qiymətləndirilib və istintaq məhkəməsi onun barəsində “həbs-qətimkan tədbiri” seçib. N.M Məsimov  barəsində axtarış elan olunub, onun yerinin müəyyən edilməsi istiqamətində iş üzrə kompleks zəruri əməliyyat-axtarış tədbirləri və işin bütün hallarının aydınlaşdırılmasına yönəlmiş digər istintaq hərəkətləri həyata keçirilir. İstintaqın nəticəsinə əsasən, müvafiq prosessual qərar qəbul ediləcək.

Bildirilir ki, Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlana bilməz.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN