Rusiya iddia edir ki, müharibə başlayandan bəri bir milyondan çox insanı, o cümlədən 183 min uşağı “Ukraynanın təhlükəli bölgələrindən” və ORDLO-dan öz ərazisinə “evakuasiya edib”.
Tezadlar.az xatırladır ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev "RİA Novosti"yə bildirib. Sitat: “Kiyevin yaratdığı maneələrə baxmayaraq, son sutka ərzində Ukrayna hakimiyyətinin iştirakı olmadan Ukraynanın təhlükəli bölgələrindən, Donetsk və Luqanskidən 16 480 nəfər, o cümlədən Rusiya Federasiyasının ərazisinə təxliyə edilib. 3354 uşaq, xüsusi hərbi əməliyyat başlayandan isə artıq 1 002 429 nəfər, onlardan 183 168 nəfər uşaqdır”.
Mizintsev, həmçinin iddia edir ki, 2,75 milyondan çox əcnəbi və ukraynalı Rusiyaya, qondarma "DNR" və "LNR", eləcə də Zaporojye, Nikolaev, Xarkov və Xerson vilayətlərinin ərazilərinə təxliyə olunmağı istəyir: “Ümumilikdə məlumat bazasında Ukraynanın 2132 yaşayış məntəqəsindən 2 753 625 belə müraciət var”.
Ukrayna rəsmiyyəti isə bunu işğalçılığın insanları oğurlayıb aparması kimi qiymətləndirməkdədir.
A.Məmmədli