Rusiyanın fevralın 24-də “xüsusi əməliyyat” adı altında başlatdığı müharibə səbəbindən son bir ay ərzində Ukraynada 100-ə yaxın uşaq öldürülüb.
Bu barədə UNICEF-in icraçı direktorunun müavini Ömər Abdi BMT Təhlükəsizlik Şurasının iclası zamanı məlumat verib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) BMT-dəki daimi nümayəndəsi Riçard Mills Rusiyanın müharibə başlayandan bəri hər gün orta hesabla 22 məktəbi hədəf aldığını bildirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Rusiya ordusuna qarşı ittihamları rədd edərək, Ukraynada uşaqlara tarixin düzgün öyrədilmədiyini bildirib.
Ukraynanın BMT-dəki səfiri Sergiy Kislytsya Rusiyanı ukraynalı uşaqları oğurlamaqda və qanunsuz övladlığa götürməkdə ittiham edib.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan indiyədək 226 uşaq ölüb, 417-si yaralanıb.