İyunun 17-si saat 09 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə "Təzadlar"a Cəbrayıl Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Təəssüflər olsun, aidiyyatı beynəlxalq təşkilatların zəif çağırışına məhəl qoymayan Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də 90-cı illərdən işğal etdikləri ərazilərimizdəki minaların xəritəsini verməkdən faktiki imtina edir. Nəticədə mülki insanlarımız həlak olur, sağlamlıqlarını itirirlər. Bu isə insan haqlarının kobud surətdə pozulmasıdır.

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN